Etibarlı şifrənin yaradılması

Mündəricat

Şifrə aşağıdakı tələblərə cavab verməlidir:

  • cari və köhnə şifrədən fərqlənməlidir;
  • 8 və daha çox simvoldan ibarət olmalıdır;
  • tərkibində böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollar olmalıdır;
  • latın əlifbasının hərflərindən ibarət olmalıdır.

Hesabınızın adı və ya real olaraq mövcud olan hər hansı bir söz əsasında şifrə yaratmayın.

Etibarlı şifrə yaradırıq

Aşağıda göstərilən nümunələrdən öz şifrəniz kimi istifadə etməyin.
  • Şifrə yaradarkən hərflərin, rəqəmlərin və simvolların təsadüfi kombinasiyasından istifadə etməyə çalışın. Şifrə nə qədər uzun olarsa, bir o qədər yaxşıdır. Belə olduqda, dələduzların şifrənizi sındırması daha da çətinləşəcək.
  • Unikal şifrə yaratmaq üçün ifadədən bütün sait hərfləri çıxarın. Məsələn, “MlçkBlcQşdr” – “milçək balaca quşdur”.
  • Sevdiyiniz mahnının və ya yaxşı bildiyiniz bir ifadənin sözlərinin birinci hərflərindən abbreviatura yaradın. Məsələn, “ogkhtqbysah” – “o gözlər kimi hər tərəf qara, bu yollar səni aparır hara”.
  • Bəzi hərfləri böyük edin, rəqəmlər və simvollar, o cümlədən durğu işarələri əlavə edin. Məsələn, “!MlçkBlcqQşdr_20” və ya “*OgkHtqBysAh99!”.
  • Şifrəni hər bir neçə aydan bir dəyişdirin. Beləliklə, siz mümkün məlumat sızmasının qarşısını almış olacaqsınız.
  • Eyni şifrədən bir neçə hesab üçün istifadə etməyin. Hakerlər saytlardan birini sındırıblarsa, əldə etdikləri şifrələrdən digər saytlara və tətbiqlərə daxil olmaq üçün istifadə etməyə cəhd göstərəcəklər.

Mündəricat

Naviqasiyanı gizlət

Naviqasiyanı göstər